Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel 2030-cu ilədək Aİ-nin tərkibinin genişlənəcəyi barədə Sloveniyada keçiriləcək XVIII Beynəlxalq strateji forumda açıqlama verəcək.
Trend xəbər verir ki, bu barədə "Financial Times" qəzeti Şarl Mişelin çıxış layihəsinə istinadən məlumat yayıb.
Məlumata görə, Şarl Mişelin bu açıqlaması Albaniya, Bosniya və Herseqovina, Moldova, Şimali Makedoniya və Monteneqroya ünvanlanacaq. Belə ki, hazırki mərhələdə bu ölkələr Aİ-yə daxil olmaq üçün ən mümkün namizədlərdir.