...

Gürcüstan hökuməti Zurabişvilinin xaricə bir neçə səfərini rədd edib

Dünya xəbərləri Materials 31 Avqust 2023 03:39 (UTC +04:00)
Gürcüstan hökuməti Zurabişvilinin xaricə bir neçə səfərini rədd edib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan hökuməti ölkə prezidenti Salome Zurabişviliyə Almaniyaya səfər etməyə icazə verməyib.

Trend xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Gürcüstan prezidentinin həmçinin Ukrayna, İsveçrə, Bolqarıstan, Polşa, Belçika, Danimarka, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya və İsrailə səfərinə də icazə verilməyib.

Hökumətin mətbuat xidmətindən bildirilib ki, Konstitusiyaya əsasən, xarici siyasətin həyata keçirilməsi hökumətin səlahiyyətindədir və prezident xarici əlaqələrdə nümayəndəlik səlahiyyətlərini yalnız Gürcüstan hökumətinin razılığı ilə həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti