Bakı. Trend:
Gürcüstanın "Gürcü arzusu" hakim partiyası prezident Salome Zurabişviliyə qarşı impiçment prosedurunu başladır.
Trend xəbər verir ki, bu barədə partiyanın sədri İrakli Kobaxidze cümə günü brifinqdə deyib.
Onun sözlərinə görə, impiçment barədə qərara səbəb ölkə başçısının konstitusiyanı pozaraq Avropaya səfərləri hakimiyyətlə razılaşdırmamasıdır.
Kobaxidze qeyd edib ki, parlamentdəki siyasi qüvvələr bölgüsü səbəbindən impiçment prosedurunu icra etmək mümkün deyil. Bunun üçün 150 səsin 100-ü lazımdır, hakim partiya isə bu qədər səs toplaya bilməyəcək.
Qeyd edək ki, Salome Zurabişvili Almaniyaya səfər edib. Prezident administrasiyası cümə günü prezidentin Avropa İttifaqı rəhbərliyi ilə görüşü barədə məlumat verib.