Bakı. Trend:
Suriyadan Türkiyə ərazisinə qanunsuz keçməyə cəhd edən iki nəfər Türkıyə sərhəd qoşunları tərəfindən yaxalanıb.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, araşdırmalar nəticəsində həbs edilən şəxslərdən birinin İŞİD, digərinin isə PKK/KCK/PYD-YPG terror təşkilatı üzvü olduğu müəyyən edilib.
"Terrora və terrorçulara keçid yoxdur!", - deyə nazirliyinin məlumatında vurğulanır.