Bakı. Trend:
Hindistan Parlamentinin növbədənkənar iclasında ölkənin adı Bharat olaraq dəyişdirilə bilər.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Hindistanın adının dəyişdirilməsini nəzərdə tutan qətnamənin parlamentin 18-22 sentyabr tarixinlərində keçiriləcək növbədənkənar iclasında təqdim olunması planlaşdırılır.
Ölkənin adının illərlə Bharat olduğu və britaniyalı müstəmləkəçilər tərəfindən quldarlığı simvolizə edən Hindistan olaraq dəyişdirildiyi qeyd olunur.
Həmçinin o da qeyd olunub ki, G20 sammitində iştirak üçün göndərilən dəvətnamələrdə "Hindistan prezidenti" əvəzinə "Bharat prezidenti" yazılıb.