...

Bu 4 ölkə yeni tankın yaradılması haqqında müqavilə imzaladı

Dünya xəbərləri Materials 6 Sentyabr 2023 20:47 (UTC +04:00)
Bu 4 ölkə yeni tankın yaradılması haqqında müqavilə imzaladı
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya İtaliya, İspaniya və İsveçlə “Leopard 2” tankının yeni nəslini hazırlamaqla bağlı müqavilələr imzalayıb.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, tankın hazırlanmasına “Krauss-Maffei Wegmann” (KMW) və “Rheinmetall” şirkətləri cavabdeh olacaq.

Bildirilir ki, Almaniya Müdafiə Nazirliyi müqavilənin imzalanması ilə bağlı məlumatı şərh etməyib. Layihədə İsveçin “Saab” və İtaliyanın “Leonardo” şirkətləri də iştirak edəcək. İspaniyanı hansı şirkətin təmsil edəcəyi məlum deyil.

Qeyd edilir ki, bu tip müqavlə Fransa və Almaniya arasındakı münasibətlərə təsir edə bilər, çünki bu ölkələr daha əvvəl - 2017-ci ildə analoji sazişə imza atmışdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti