...

Gürcüstanda yenidən torpaq sürüşməsi oldu - İtkin düşən var

Dünya xəbərləri Materials 8 Sentyabr 2023 11:17 (UTC +04:00)
Gürcüstanda yenidən torpaq sürüşməsi oldu - İtkin düşən var
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanın Quriya bölgəsində aramsız leysan yağışları nəticəsində on yaşayış evi dağılıb, körpülər və yollar zərər görüb, bir yeniyetmə itkin düşüb.

Trend xəbər verir ki, bunu Lançxuti bələdiyyəsinin meri Aleksandr Sarişvili jurnalistlərə açıqlamasında deyib.

Məlumata görə, aramsız leysan yağışları bir neçə kənddə torpaq sürüşməsinə səbəb olub.

Qeyd olunub ki, leysan yağışlarının davam etməsi bərpa işlərinə tam miqyasda başlamağa və fəlakətin yetirdiyi zərərin tam həcmini müəyyənləşdirməyə imkan vermir.

Sahildə yerləşən Kobuleti şəhərində də leysan yağışları nəticəsində yaşayış evlərinin birinci mərtəbəsini su basıb.

Xatırladaq ki, avqustun əvvəlində Gürcüstanın Şovi kurort bölgəsində də torpaq sürüşməsi baş verib. Təbii fəlakət nəticəsində 31 nəfər həlak olub, 2 nəfərin axtarışı davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti