...

"Türk axını"nı partlatmaq cəhdlərinə dair məlumatlar var - Rusiya XİN rəhbəri

Dünya xəbərləri Materials 8 Sentyabr 2023 16:06 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

"Türk axını" qaz kəmərini partlatmaq cəhdlərinə dair Rusiyada məlumatlar var.

Trend xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

G20 liderlərinin Hindistanda keçiriləcək sammitində iştirak etmək üçün Nyu-Dehlidə səfərdə olan Rusiya XİN başçısı "Türk axını" və "Mavi axın" qaz kəmərlərini Qara dənizdə partlatmaq cəhdləri ilə bağlı ölkəsində məlumatların olduğunu qeyd edib.

Xatırladaq ki, sabah Hindistanın paytaxtı Nyu-Dehlidə G20-nin “Bir dünya, bir ailə, bir gələcək” adlı sammiti başlayacaq.

Qeyd edək ki, G20 1999-cu ildə dünya iqtisadi böhranları ilə əlaqədar yaradılıb. Məqsəd Asiya ölkələrinin maliyyə böhranını həll etmək idi. Təşkilata Argentina, Avstraliya, Braziliya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Böyük Britaniya, Meksika, ABŞ, Rusiya, Türkiyə, Fransa, Cənubi Koreya, Cənubi Afrika Respublikası (CAR), Yaponiya, Səudiyyə Ərəbistanı və Avropa İttifaqı daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti