...

G20 liderlərinin sammiti başlayıb

Dünya xəbərləri Materials 9 Sentyabr 2023 09:34 (UTC +04:00)
G20 liderlərinin sammiti başlayıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanın paytaxtı Nyu-Dehlidə "Böyük İyirmiliy"in (G20) “Bir dünya, bir ailə, bir gələcək” adlı sammiti başlayıb.

Trend xəbər verir ki, Hindistan baş naziri Narendra Modi qonaqları qarşılayıb.

Məlumata görə, G20 sammiti 2 gün davam edəcək.

Qeyd edək ki, G20 1999-cu ildə dünya iqtisadi böhranları ilə əlaqədar yaradılıb. Məqsəd Asiya ölkələrinin maliyyə böhranını həll etmək idi.

Təşkilata Argentina, Avstraliya, Braziliya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Böyük Britaniya, Meksika, ABŞ, Rusiya, Türkiyə, Fransa, Cənubi Koreya, Cənubi Afrika Respublikası (CAR), Yaponiya, Səudiyyə Ərəbistanı və Avropa İttifaqı daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti