...

G20 sammiti ərəfəsində BOMBA HƏYƏCANI

Dünya xəbərləri Materials 9 Sentyabr 2023 11:59 (UTC +04:00)
G20 sammiti ərəfəsində BOMBA HƏYƏCANI
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Dehli polisi G20 sammiti ərəfəsində "G20" ("Böyük İyirmilik") sammitinin keçiriləcəyi məkana silah və bomba ilə gedən şəxsi gördüyünə dair yalan məlumat yayan 21 yaşlı sakini saxlayıb.

Trend xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.

Gənc sosial şəbəkədə paylaşdığı məlumatda həmin şəxsin fotosunu paylaşaraq, onun silah və bomba ilə "G20" sammitinin keçiriləcəyi Praqati-Maydan rayonuna yollandığını bildirib.

Polis qeyd olunan şəxsin yerini müəyyən edib, lakin onun heç bir təhlükəli vasitə daşımadığını aşkarlayıb. İctimaiyyətə yalan məlumat yayan gənc polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, Hindistanın paytaxtı Nyu-Dehlidə "Böyük İyirmiliy"in (G20) “Bir dünya, bir ailə, bir gələcək” adlı sammiti başlayıb. Sammit 2 gün davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti