Bakı. Trend:
Polşa Rusiya qeydiyyatlı maşınların ölkəyə girişinə qadağa qoyur.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Mariuş Kaminsk bildirib.
Nazirin sözlərinə görə, bazar günündən (17 sentyabr) etibarən Polşa Rusiyada qeydiyyatda olan minik avtomobillərinin ölkəyə girişini qadağan edəcək.
Qadağa Rusiya və onun vətəndaşlarına qarşı tətbiq edilən sanksiyaların növbəti hissəsidir.
Qeyd edək ki, Estoniya, Latviya, Litva və Finlandiya artıq Rusiya nömrəli avtomobillərin ölkələrinə girişinə qadağa qoyub.