...

Hakan Fidan Almaniyalı həmkarı ilə görüşüb

Dünya xəbərləri Materials 18 Sentyabr 2023 10:48 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda almaniyalı həmkarı Annalena Berbokla görüşüb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi X (Tvitter) sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, tərəflərin BMT Baş Assamableyasının Nyu-Yorkda keçirilən 78-ci sessiyasında çərçivəsində görüşü "Türkevi" binasında baş tutub.

Qeyd olunub ki, görüşdə bir sıra məsələlər, o cümlədən Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlük məsələsi, gömrük ittifaqı çərçivəsində əlaqələrinin yol xəritəsinin yenilənməsivə viza rejiminin liberallaşması prosesi, Qara dəniz taxıl təşəbbüsü, İsveçin NATO-ya üzvlük məsələsi, o cümlədən iqlim dəyişikliyi məsələləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti