...

Yanvar-avqust aylarında Türkiyənin İsrailə kimyəvi maddə məhsulları ixracı 400 milyon dolları ötüb

Dünya xəbərləri Materials 26 Sentyabr 2023 09:07 (UTC +04:00)
Yanvar-avqust aylarında Türkiyənin İsrailə kimyəvi maddə məhsulları ixracı 400 milyon dolları ötüb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında İsrailə kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 faiz azaldaraq 421,2 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Avqust ayında Türkiyə İsrailə kimyəvi maddə məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 5,6 faiz azaldaraq 56,7 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz azalaraq, 19,5 milyard dollara bərabər olub.

Bu ilin avqust ayında Türkiyə 2,7 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 8,8 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2022- avqust 2023) Türkiyə 30,3 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti