Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq.
Trend xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan Avstriyanın baş naziri Karl Nehammer ilə keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, bundan əlavə BMT-nin Baş katibi Antonio Quterreş ilə də telefonla danışacaq.
Ərdoğan Türkiyənin İsrail-Fələstin münaqişəsi və Rusiya-Ukrayna müharibəsinə dair diplomatik səylərini davam etdirəcəyini vurğulayıb.