Bakı. Trend:
“Microsoft”un keçmişdən 28,9 milyard dollar vergi borcu olduğu məlum olub.
Trend-in məlumatına görə, məsələ ilə bağlı şirkətdən açıqlama verilib. Şirkət vergiləri ödədiyini bildirib, hesablamada səhv olduğunu əsaslandırıb və məsələni məhkəməyə verəcəyini bildirib.
ABŞ Daxili Gəlir Xidməti (IRS) “Microsoft”dan 2004-2013-cü illəri əhatə edən vergi borcunu faizlə ödəməyi tələb edib. “Microsoft” isə IRS-in tələbinə qarşı çıxıb və borcun artıq qüvvədə olmayan siyasətlər səbəbindən aşkar edildiyini iddia edib.
“Microsoft”un yüksək səviyyəli rəhbərlərindən Daniel Goff vergi borcunun hesablanmasında səhv olduğunu və şirkətin ABŞ qanunları çərçivəsində etdiyi digər ödənişlərə məhəl qoyulmadığını düşünür.
D.Goff bəyan edib ki, vergi borcu düzgün hesablansa, məbləğ 10 milyard dollara qədər azalacaq. Məsələni məhkəməyə verəcəyini bildirən şirkətdən bu barədə açıqlama verilib.
"Biz ABŞ-da və bütün dünyada həmişə IRS qaydalarına əməl etdiyimizə və vergilərimizi tam ödədiyimizə inanırıq. Şirkət olaraq 2004-cü ildən bəri ABŞ-da 67 milyard dollardan çox vergi ödəmişik."