...

Qırğızıstanın Türkiyədən avtomobil sənayesi məhsulları idxalı 20 milyon dollara çatıb

Dünya xəbərləri Materials 16 Oktyabr 2023 16:29 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-sentyabr aylarında Qırğızıstana avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 60,3 faiz artıraraq 20 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Sentyabr ayında Türkiyə Qırğızıstana avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 51,4 faiz artıraraq 2,5 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz artaraq 25,6 milyard dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 2,8 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 2,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (sentyabr 2022- sentyabr 2023) Türkiyə 34,3 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti