...

ABŞ-ın F-16 qırıcılarından ibarət eskadrilya Yaxın Şərqə gəlib

Dünya xəbərləri Materials 25 Oktyabr 2023 03:17 (UTC +04:00)
ABŞ-ın F-16 qırıcılarından ibarət eskadrilya Yaxın Şərqə gəlib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcılarından ibarət eskadrilya Fələstin-İsrail münaqişəsi zonasına gəlib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı bildirib.

Komandanlığın bəyanatında deyilir: “F-16 Ekspedisiya Qırıcı Eskadrilyası ABŞ-ın mövcudluğunu gücləndirmək üçün mərkəzi komandanlıq ərazisinə gəlib”.

Qeyd edək ki, oktyabrın 14-də ABŞ-ın F-15E Strike Eagle qırıcılarının Yaxın Şərqə gəldiyi bildirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti