Bakı. Trend:
Türkiyə Mərkəzi Bankının (TCMB) Pul komitəsi növbəti dəfə uçot faiz dərəcəsini artırıb.
Trend xəbər verir ki, TCMB uçot faiz dərəcəsini 5 faiz bəndi artıraraq 30 faizdən 35 faizədək yüksəldib.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı bu il sentyabrın 21-də keçirilmiş iclasında uçot dərəcəsini 25 faizdən 30 faizə çatdırıb.