...

Blinken İsrailə səfər etməyi planlaşdırır

Dünya xəbərləri Materials 1 Noyabr 2023 04:42 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ dövlət katibi Antoni Blinken noyabrın 3-də İsrailə səfər etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

Məlumata əsasən, səfər zamanı E.Blinken İsrail hökumətinin üzvləri ilə görüşmək niyyətindədir

Qeyd olunub ki, ABŞ dövlət katibi İsrail səfərindən sonra regionun bir sıra digər ölkələrinə də səfər etməyi planlaşdırır.

Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda Antoni Blinken əvvəllər İsrailə, həmçinin Səudiyyə Ərəbistanı, İordaniya, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misirə səfər edib. Bundan əlavə, ABŞ prezidenti Co Bayden də oktyabrın 18-də İsrailə təcili bir günlük səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti