...

Livan İsraildən BMT TŞ-na şikayət edəcək

Dünya xəbərləri Materials 6 Noyabr 2023 06:13 (UTC +04:00)
Livan İsraildən BMT TŞ-na şikayət edəcək

Bakı. Trend:

Livan hakimiyyəti İsrailin atəşi zamanı 4 mülki şəxsin həlak olması ilə bağlı BMT Təhlükəsizlik Şurasına şikayət edəcək.

Trend xəbər verir ki, bu barədə respublikanın baş naziri Nəcib Mikati bildirib.

Baş nazirin vurğuladığı kimi, Beyrut ümid edir ki, BMT Təhlükəsizlik Şurası bu cür hücumların qarşısını almaq üçün tədbirlər görəcək.

Qeyd edək ki, İsrail hərbçiləri Livanın cənubunda Aitrun-Ainata magistral yolunu atəşə tutub. Mərmilərdən biri mülki şəxslərin olduğu avtomobilə düşüb və üçü uşaq olmaqla bir ailənin dörd üzvü həlak olub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti