...

Macarıstanın dörd vətəndaşı Qəzzada əsirlikdədir

Dünya xəbərləri Materials 6 Noyabr 2023 10:09 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstan hökumətinə ölkənin dörd vətəndaşının Qəzzada əsir düşməsi barədə məlumat daxil olub.

Trend Macarıstanın MTI informasiya agentliyinə istinadla xəbər verir ki, bu məlumatı noyabrın 5-də Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyarto səsləndirib.

Nazirin sözlərinə görə, əvvəlcə ona cümə axşamı ölkənin iki vətəndaşının, ertəsi gün üçüncü, bir gün sonra isə, yəni şənbə günü daha bir macarəsilli vətəndaşın əsir götürülməsi barədə xəbər veriblər. “Dörd əsirdən ikisi uşaqlardır”, - deyə P.Siyyarto əlavə edib.

Nazir onu da bildirib ki, əsirlər barədə məlumat İsrailin hakimiyyət orqanları və əsirlərin ailələri tərəfindən daxil olub.

“Hökumət əsirlərin mümkün qədər tez bir zamanda təhlükəsizlikdə olmalarından ötrü əlindən gələni edir”, - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti