...

Böyük Britaniyanın XİN rəhbəri "G7" görüşündə iştirak edəcək

Dünya xəbərləri Materials 7 Noyabr 2023 11:55 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli "G7" ("Böyük Yeddilik") ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.

Trend xəbər verir ki, Kleverli görüşdə iştirak etmək üçün Yaponiyaya yollanacağını deyib.

Britaniyalı nazir həmçinin Yaponiyanın xarici işlər naziri Yoko Kamikava ilə görüşəcək. Görüşdə iki ölkə naziri təhlükəsizlik sahəsində tərəfdaşlıq məsələlərini müzakirə edəcək

Qeyd edək ki, "G7" XİN rəhbərlərinin Yaponiyada keçiriləcək ikinci görüşündə İsrail-Fələstin müharibəsi, Ukraynadkı vəziyyət, iqtisadi təhlükəsizlik və qlobal ticarət müzakirə olunacaq.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti