...

Ukraynada daha bir nazir istefa verib

Dünya xəbərləri Materials 8 Noyabr 2023 20:34 (UTC +04:00)
Ukraynada daha bir nazir istefa verib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynanın gənclər və idman naziri Vadim Qutçayt istefa ərizəsini Ali Radaya təqdim edib.

Trend xəbər verir ki, bu barədə parlamentin spikeri Ruslan Stefançuk sosial şəbəkələrdə məlumat verib.

“Ali Rada Ukraynanın gənclər və idman naziri V.M.Qutçaytdan istefa haqqında bəyanat qəbul edib. Tezliklə müraciətə baxılacaq”, - R. Stefançuk yazıb.

Qeyd edək ki, nazir bu vəzifəni 2020-ci ilin mart ayından icra edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti