...

ABŞ Avropa Komissiyasının Aİ-nin genişlənməsi ilə bağlı tövsiyələrini alqışlayır

Dünya xəbərləri Materials 9 Noyabr 2023 07:56 (UTC +04:00)
ABŞ Avropa Komissiyasının Aİ-nin genişlənməsi ilə bağlı tövsiyələrini alqışlayır

Bakı. Trend:

ABŞ Avropa Komissiyasının (AK) bəzi ölkələrin Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamaq tövsiyələrini alqışlayır və bu ölkələri öz potensiallarını reallaşdırmağa çağırır.

Trend-in məlumatına görə, bu barədə Dövlət Departamentinin nümayəndəsi Vedant Patel bildirib.

"Biz Avropa Komissiyasının Aİ-nin genişlənməsi ilə bağlı öz tövsiyələrini elan etməsini alqışlayırıq və onlarla ölkələrin Aİ-yə üzv olmaq istəklərini qətiyyətlə dəstəkləyirik", - deyə V.Patel brifinq zamanı qeyd edib.

O, bunu transatlantik icma üçün əsas məqam adlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti