...

Qonşu ölkədə 18-ci mərtəbədən yıxılan bir yaşlı uşaq sağ qalıb

Dünya xəbərləri Materials 13 Noyabr 2023 20:20 (UTC +04:00)
Qonşu ölkədə 18-ci mərtəbədən yıxılan bir yaşlı uşaq sağ qalıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Novosibirskdə (Rusiya) 18-ci mərtəbədən yıxılan bir yaşlı uşaq sağ qalıb.

Trend xəbər verir ki, uşaq yıxıldıqdan sonra yarım saat yerdə qalıb.

Məlumata görə, sonra yoldan keçən bir nəfər uşağı görüb və təcili yardım çağırıb.

Ehtimal olunur ki, körpə atası ilə çarpayıda uzanıb. Sonra o, pəncərəyə dırmaşmaq qərarına gəlib, pəncərəni açıb və yıxılıb.

İki hadisə şahidi 18-ci mərtəbədən nəyinsə düşdüyünü görsə də, buna məhəl qoymayıb.

Uşaq xəstəxanaya yerləşdirilib, hadisədən sonra onun vəziyyəti ilə bağlı məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti