...

İlin əvvəlindən Türkmənistanın Türkiyədən kimyəvi maddə idxalı 130 milyon dolları ötüb

Dünya xəbərləri Materials 15 Noyabr 2023 16:31 (UTC +04:00)
İlin əvvəlindən Türkmənistanın Türkiyədən kimyəvi maddə idxalı 130 milyon dolları ötüb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-oktyabr aylarında Türkmənistana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz azaldaraq 130,4 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Oktyabr ayında Türkiyə Türkmənistana kimyəvi maddə məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 5,4 faiz azaldaraq 12,5 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz azalaraq, 25 milyard dollara bərabər olub.

Bu ilin oktyabr ayında Türkiyə 2,7 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 3,5 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (oktyabr 2022- oktyabr 2023) Türkiyə 30,3 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti