...

İrəvanda partlayış oldu - Ölən və yaralananlar var (YENİLƏNİB) (VİDEO)

Dünya xəbərləri Materials 17 Noyabr 2023 10:42 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İrəvan Dövlət Unversitetində səhər saatlarında baş verən partlayış nəticəsində bir nəfər ölüb.

Trend erməni KİV-ə istinadən xəbər verir ki, 3 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb, patrul xidmətinin bir nəfər əməkdaşı tüstüdən zəhərlənib.

Partlayış universitetin fizika və kimya fakültələrinin yerləşdiyi binada baş verib.

xxx

10:38

Ermənistanda İrəvan Dövlət Universitetinin binasında partlayış olub, xəsarət alanlar var.

Trend xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Bildirilib ki, ilkin məlumata görə, partlayışın kimya fakültəsində baş verdiyi ehtimal olunur.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Həlak olanlar və yaralılara dair dəqiq məlumat verilməyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti