Bakı. Trend:
Türkiyə 2023-cü ilin yanvar-oktyabr aylarında Qırğızıstana sement ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə artıraraq, 28,4 milyon dollara çatdırıb.
Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildirilib.
Oktyabr ayında Türkiyənin Qırğızıstana sement ixracatı 2022-ci ilin eyni ayı ilə müqayisədə 4 faiz azalaraq 714,8 min dollar olub.
Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz azalaraq, 365,6 min dollara bərabər olub.
Bu ilin oktyabr ayında Türkiyə 3,9 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 14,9 faiz azdır.
Son 12 ay ərzində (oktyabr 2022-oktyabr 2023) Türkiyə 4,8 milyard dollar məbləğində sement ixrac edib.