...

Dublinin mərkəzində silahlı hücum olub (FOTO/VİDEO)

Dünya xəbərləri Materials 24 Noyabr 2023 01:03 (UTC +04:00)
Dublinin mərkəzində silahlı hücum olub (FOTO/VİDEO)

Bakı. Trend:

İrlandiyanın paytaxtı Dublində silahlı hücum olub.

Trend xəbər verir ki, üç azyaşlı uşaq və bir qadın naməlum kişinin hücumuna məruz qalıb.

Hadisə katolik ibtidai məktəbinin yaxınlığında baş verib. Hücum nəticəsində üç uşaq, 30 yaşlı qadın və cinayətkarın özü müxtəlif dərəcəli bıçaq xəsarətləri alıb. Onların hamısı Dublinin müxtəlif xəstəxanalarına aparılıb.

Fövqəladə hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib. Cinayətkar saxlanılıb. Onun motivləri haqqında hələ heç nə məlum deyil.

Silahlı hücumdan sonra Dublinin mərkəzində iğtişaşlar başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti