Bakı. Trend:
"SpaceX", "Tesla" və "X" sosial şəbəkəsinin sahibi İlon Mask İsrailə səfər edib.
Trend xəbər verir ki, İlon Mask Israilin baş naziri Benyamin Netanyahu ilə birlikdə oktyabrın 7-də HƏMAS hücumuna məruz qalmış bölgəyə səfər edib.
xxx
14:41
"SpaceX", "Tesla" və "X" sosial şəbəkəsinin sahibi İlon Mask İsrailə səfər edəcək.
Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, İlon Mask İsrail prezidenti İsxak Hersoq, eləcə
də HƏMAS tərəfindən girov saxlanılan şəxslərin ailələri ilə
görüşəcək.
Xatırladaq ki, İlon Mask bir müddət əvvəl "Yəhudi icmaları özlərinə
qarşı dayandırmağı tələb etdikləri dialektik nifrəti ağdərililərə
qarşı təbliğ edirlər" postuna "Siz doğru deyirsiniz" şərhini
yazıb.
Maskın bu şərhindən sonra “Apple”, “Lionsgate”, “Warner Bros”, “Paramount”, “Sony Pictures”, “Comcast/NBCUniversal”, həmçinin, IBM və “Disney” şirkətləri İlon Maskın şərhlərinə görə onun sahib olduğu "X" sosial şəbəkəsində reklamı dayandıracağını açıqlayıblar.
Bundan başqa, "Airbnb", "Amazon", "Coca-Cola", "Microsoft" və digər şirkətlər artıq sosial şəbəkələrdə reklamı dayandırdığını və ya dayandıracağını bildiriblər.