...

Britaniyada ilk dəfə donuz qripinə yoluxma faktı təsdiqlənib

Dünya xəbərləri Materials 28 Noyabr 2023 00:38 (UTC +04:00)
Britaniyada ilk dəfə donuz qripinə yoluxma faktı təsdiqlənib

Bakı. Trend:

Böyük Britaniyada, Şimali Yorkşirdə ilk dəfə donuz qripinə yoluxma faktı aşkar edilib.

Trend-in məlumatına görə, bu barədə Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) bildirib.

Məlumata əsasən, virus aşkar edilən şəxsin donuzlarla heç bir təması olmayıb.

Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, donuz qripi virusu, ümumiyyətlə, insanlara yoluxmasa da, bəzən donuzlarla birbaşa təmasda olan insanlar arasında infeksiya halları baş verir. Hətta insanlar arasında bir neçə yoluxma hadisəsi rəsmi şəkildə qeydə alınıb.

Bununla belə, UKHSA infeksiyanın mənbəyinin hələ də müəyyən edilmədiyini bildirib.

“Bu virusu ilk dəfə Böyük Britaniyadakı insanlarda aşkar etmişik, o, donuzlarda aşkar edilən viruslara çox oxşayır. Yaxın təmaslara nəzarət edilməsi və mümkün olan hər hansı yoluxmanın azaldılması üzərində iş aparırıq. Müəyyən edilmiş protokollara əsasən, həmin insanın necə yoluxduğunu öyrənmək və əlaqədar halların hələ də mövcud olub-olmadığını qiymətləndirmək üçün araşdırmaları davam etdiririk”, – deyə agentliyin direktoru Mira Çand bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti