...

Qəzzada Türkiyə səhra xəstəxanası quracaq

Dünya xəbərləri Materials 28 Noyabr 2023 14:10 (UTC +04:00)
Qəzzada Türkiyə səhra xəstəxanası quracaq
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Qəzza zolağında səhra xəstəxanası quracaq.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, türkiyəli mütəxəssislərdən ibarət nümayəndə heyəti səhra xəstəxanasının qurulması üçün hazırlıq işləri aparmaq məqsədilə Qəzza zolağına gedib.

"Bu səhər texniki heyət Misir vasitəsilə Qəzzaya yola düşüb. Xəstəxananı tez bir zamanda istifadəyə vermək planlaşdırılır və bununla bağlı vaxt nümayəndə heyətinin işinin nəticələrindən asılı olacaq", - məlumatda qeyd edilib.

Qeyd edək ki, noyabrın 23-də Türkiyənin səhiyyə naziri Fahrettin Koca Qəzzada səhra xəstəxanasının qurulması ilə bağlı Misir və İsraillə əlaqə saxladığını açıqlayıb. Onun sözlərinə görə, bu məsələni müzakirə etmək və tibb müəssisəsinin yerini seçmək üçün koordinasiya qrupu artıq Misirə səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti