Bakı. Trend:
Milyarder investor Uorren Baffetə məxsus "Berkshire Hathaway" şirkətinin sədr müavini Çarlz Manger 100 yaşında vəfat edib.
Trend xəbər verir ki, o, çərşənbə axşamı səhər Kaliforniya xəstəxanasında dünyasını dəyişib.
"Çarlinin ilhamı, müdrikliyi və iştirakı olmadan "Berkshire Hathaway" indiki statusunu əldə edə bilməzdi", - deyə U.Baffet bildirib.
Forbes jurnalının məlumatına görə, Ç.Mangerin sərvəti 2,6 milyard dollar olaraq qiymətləndirilib.