...

Türkiyənin İsrailə hazır geyim ixracı azalıb

Dünya xəbərləri Materials 29 Noyabr 2023 11:59 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-oktyabr aylarında İsrailə hazır geyim məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 30,2 faiz azaldaraq 314,4 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Oktyabr ayında Türkiyə İsrailə hazır geyim məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 35,9 faiz azaldaraq 26,7 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz azalaraq, 16,4 milyard dollara çatıb.

Bu ilin oktyabr ayında Türkiyə 1,5 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 12 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2022-oktyabr 2023) Türkiyə 30,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti