...

Türkiyə Qəzzaya yardım təyyarəsi göndərib

Dünya xəbərləri Materials 29 Noyabr 2023 13:03 (UTC +04:00)
Türkiyə Qəzzaya yardım təyyarəsi göndərib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədən Qəzza zolağına dərman preparatları və tibbi ləvazimat daşıyan təyyarə yola düşüb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat verib.

İçərisində tibbi heyətin də olduğu təyyarə Kayseri hava limanından Misirə doğru yola düşüb.

Tibbi heyətin Misirin Səhiyyə Nazirliyi ilə birgə planlar çərçivəsində yaralıların müalicəsi ilə məşğul olacağı deyilir.

Xatırladaq ki, noyabrın 23-də Türkiyənin səhiyyə naziri Fahrettin Koca Qəzzada səhra xəstəxanasının qurulması ilə bağlı Misir və İsraillə əlaqə saxladığını açıqlayıb. Onun sözlərinə görə, bu məsələni müzakirə etmək və tibb müəssisəsinin yerini seçmək üçün koordinasiya qrupu artıq Misirə səfər edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti