Bakı. Trend:
İtaliyanın Rabitə Zəmanətləri Təşkilatı Meta Platforms Ireland Limited-i reklam qadağasını pozduğuna görə 5,9 milyon avro cərimələyib.
Trend TASS-a istinadən xəbər verir ki, araşdırma zamanı Facebook və Instagram sosial şəbəkələrindəki 18 profildə reklam xarakterli, hətta dolayısı ilə pul uduşlu mərc oyunları ilə bağlı reklamların olduğu müəyyən edilib.