Bakı. Trend:
İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) Qəzza zolağında həyata keçirdiyi əməliyyatı başa çatdırmaq hələ çox vaxt aparacaq.
Trend-in məlumatına görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu Knessetdə "Likud" fraksiyasının üzvləri ilə görüşdə bildirib.
O, Qəzza zolağında ehtiyatda olan briqadanın yerləşdiyi yerə də baş çəkdiyini bildirib.
"Hamı məndən yalnız bir şey istədi ki, dayanmayaq, sona qədər mübarizə aparaq", - deyə baş nazir qeyd edib.