Bakı. Trend:
ABŞ Dövlət katibi Entoni Blinken növbəti həftənin sonunda Yaxın Şərq turnesinə çıxacaq.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, Antoni Blinken gələn həftənin sonunda İordan çayının qərb sahilinə, eləcə də İsrail, İordaniya, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərə səfər etməyi planlaşdırır.
Blinkenin Yaxın Şərqə səfəri çərçivəsində Qəzza zolağındakı münaqişənin həllini müzakirə edəcəyi gözlənilir.
Qeyd edilir ki, bu, Blinkenin oktyabrın 7-dən indiyə qədər İsrailə beşinci səfəri olacaq.
