...

Məşhur britaniyalı aktyor vəfat edib

Dünya xəbərləri Materials 30 Dekabr 2023 22:43 (UTC +04:00)
Məşhur britaniyalı aktyor vəfat edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Yataq otağında” və “Maykl Kleyton” filmlərindəki rollarına görə iki dəfə “Oskar”a namizəd olan britaniyalı aktyor Tom Uilkinson 75 yaşında vəfat edib.

Trend xəbər verir ki, bu barədə “Sky News” telekanalı aktyorun yaxınlarına istinadən məlumat yayıb.

Tom Uilkinson “Aşiq Şekspir” (1998) dramında və “Batman başlayır” (2005) adlı döyüş filmində oynadıqdan sonra dünyaca məşhur olub.

Aktyor 1948-ci ildə İngiltərənin şimalındakı Lids şəhərində anadan olub və uşaqlığının bir hissəsini Kanadada keçirib. O, aktyorluq karyerasına 1970-ci illərdə başlayıb, ilk böyük işi “Bərabərlər arasında birinci” (1986) adlı siyasi serialda rol alıb.

2005-ci ildə aktyor dramaturgiya sənətinin inkişafındakı xidmətlərinə görə Britaniya İmperiyasının ordeninin zabiti olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti