"Akkuyu" AES-nin ilk reaktorunu 2024-cü ildə işə salmağı planlaşdırılır

Dünya xəbərləri Materials 11 Yanvar 2024 23:05 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə tikilməkdə olan "Akkuyu" Atom Elektrik Stansiyasının ilk reaktorunun 2024-cü ildə işə salınması planlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə Türkiyə energetika naziri Alparslan Bayraktar deyib.

""Akkuyu" AES-in ilk reaktorunun bu il işə salınması planlaşdırılır", - deyə o bildirib.

Qeyd edək ki, "Akkuyu" AES Rusiya dövlət korporasiyası "Rosatom" tərəfindən tikilən Türkiyə Respublikasında ilk atom elektrik stansiyasıdır. Atom elektrik stansiyasının hər blokunun gücü 1200 MVt olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti