...

Qazaxıstanda binada baş verən partlayış nəticəsində iki nəfər ölüb

Dünya xəbərləri Materials 30 Yanvar 2024 08:57 (UTC +04:00)
Qazaxıstanda binada baş verən partlayış nəticəsində iki nəfər ölüb
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın Qaraqanda vilayətinin Botakara kəndində yaşayış binasında məişət qazının partlaması nəticəsində iki nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Qazaxıstanın Karaqanda vilayətinin Səhiyyə İdarəsi bildirib.

Məlumata əsasən, qazın partlaması binanın qismən uçmasına səbəb olub.

Bildirilib ki, bir nəfərin vəziyyəti ağırdır. Evdə yaşayanların ümumi sayı 46 nəfər olub. Xilasetmə əməliyyatları zamanı iki ölü və beş yaralı, o cümlədən üç uşaq dağıntılar altından çıxarılıb.

Qazaxıstanın Karaqanda vilayətinin Səhiyyə İdarəsi məişət qazının partlaması nəticəsində yaşayış binasının qismən uçması nəticəsində zərərçəkənlərin vəziyyətini şərh edib.

Bütün xəsarət alanlar lazımi tibbi yardım göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti