...

Pakistanda terror aktı - 10 polis həlak oldu

Dünya xəbərləri Materials 5 Fevral 2024 18:18 (UTC +04:00)
Pakistanda terror aktı - 10 polis həlak oldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaraqlılar Pakistanın şimal-qərbində, Peşəvər şəhərində polis bölməsinə hücum ediblər.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, naməlum silahlıların hücumu nəticəsində on polis əməkdaşı öldürülüb.

Hücum edənlərin hadisə yerindən qaçdıqları bildirilib.

Hələlik heç bir ekstremist qruplaşma hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti