...

"Fukusima-1" AES-dən radioaktiv suyun sızması əhalini təhdid etmir - BAEA

Dünya xəbərləri Materials 8 Fevral 2024 06:32 (UTC +04:00)
"Fukusima-1" AES-dən radioaktiv suyun sızması əhalini təhdid etmir - BAEA

Bakı. Trend:

“Fukusima-1” Atom Elektrik Stansiyasının (AES) operatoru “Tokyo Electric Power” radioaktiv suyun sızmasından sonra əhali və ətraf mühit üçün hər hansı təhlükə aşkarlamayıb.

Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) məlumatında deyilib.

“Tokyo Electric Power” hadisə yerində aparılan radiasiya ölçmələrində əhəmiyyətli dalğalanmaların olmadığını təsdiqləyib. Hadisənin ictimaiyyət üçün riski və ətraf mühitə təsiri yoxdur", - məlumatda bildirilib.

Qeyd edək ki, fevralın 7-də “Fukusima-1” AES-in əməkdaşları ərazidə radioaktiv su sızmasını qeydə alıblar.

Bundan əvvəl MAQATE Yaponiyanın zavoddan atdığı təmizlənmiş suyun beynəlxalq təhlükəsizlik tələblərinə cavab verdiyini bildirmişdi. Belə bir hesabatı təşkilat bu ilin yanvarında hazırlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti