Bakı. Trend:
İranın Bürucin şəhərində magistral qaz kəmərində partlayış baş verib.
Trend-in məlumatına görə, bu barədə "Mehr" agentliyi xəbər verib.
Məlumata əsasən, partlayışdan sonra yanğın başlayıb. Xəsarət alan barədə məlumat verilməyib.
Bürucin şəhərinin meri bu hissədə qazın verilişinin dayandırıldığını bildirib. Hadisə yerində xilasetmə və yanğınsöndürmə briqadaları çalışır.