...

Gürcüstanın xarici ticarət dövriyyəsi 14,9 faiz azalıb

Dünya xəbərləri Materials 15 Fevral 2024 08:00 (UTC +04:00)

Bakı. Trend:

Cari ilin yanvar ayında Gürcüstanın xarici ticarət dövriyyəsi 14,9 faiz azalıb.

Trend xəbər verir ki, bu barədə Gürcüstan Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, yanvar ayında Gürcüstanın xarici ticarət dövriyyəsi 1,3 milyard ABŞ dolları təşkil edib və bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15 faiz azdır.

Hesabat dövründə xarici ticarətdə idxalın həcmi 10,2 faiz azalaraq 1 milyard dollar olub.

İxracın həcmi isə 26,3 faiz azalaraq 338 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti