...

Türkiyə gəmisi batıb - Dənizçilərin taleyindən xəbər yoxdur

Dünya xəbərləri Materials 15 Fevral 2024 12:12 (UTC +04:00)
Türkiyə gəmisi batıb - Dənizçilərin taleyindən xəbər yoxdur
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə bayrağı altında üzən yük gəmisi altı dənizçi ilə birlikdə Mərmərə dənizində batıb.

Trend bu barədə türk KİV-lərinə istinadən xəbər verir.

“69 metrlik “Batuhan” yük gəmisinin göyərtəsində altı nəfər var, hamısı Türkiyə vətəndaşıdır. Onların axtarış-xilasetmə işlərinə başlanılıb.

İnsidentlə bağlı siqnal yerli vaxtla səhər saat 6:20-də daxil olub. Hadisə yerinə üç sahil mühafizə gəmisi və bir helikopter göndərilib.

Dənizçilərin axtarışına güclü dalğalar mane olur", - məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti