...

ABŞ İsrailə on milyon dollarlıq hərbi sursat tədarük etmək niyyətindədir - KİV

Dünya xəbərləri Materials 17 Fevral 2024 11:52 (UTC +04:00)
ABŞ İsrailə on milyon dollarlıq hərbi sursat tədarük etmək niyyətindədir - KİV
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ İsrail hökumətinə bir neçə milyon dollar dəyərində müxtəlif hərbi sursat tədarük etməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti yazıb.

Məlumata görə, ABŞ hakimiyyəti İsrailə təqribən 1000 ədəd "MK-82" bombası, eləcə də "KMU-572" dəstləri və bombalar üçün partlayıcılar tədarük etməyi planlaşdırır.

Qeyd olunub ki, silahların tədarükü üzrə sövdələşmə hələ ki, Bayden administrasiyası tərəfindən nəzərdən keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti