...

Yanvar ayında Türkiyə Qazaxıstana polad məhsulları ixracını azaldıb

Dünya xəbərləri Materials 21 Fevral 2024 11:02 (UTC +04:00)
Yanvar ayında Türkiyə Qazaxıstana polad məhsulları ixracını azaldıb

Bakı. Trend:

Türkiyə 2024-cü ilin yanvar ayında Qazaxıstana polad məhsulları ixracını 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz azaldaraq, 2,3 milyon dollara çatdırıb.

Trend-in TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2024 - yanvar 2023) Türkiyə 14,9 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına polad məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 2,1 faiz artaraq, 1,12 milyard dollara bərabər olub.

2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin polad məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 29,2 faiz azalaraq, 14,9 milyard dollara bərabər olub.

Xəbər lenti

Xəbər lenti