...

Delimitasiya ilə bağlı növbəti görüşün vaxtı hələ müəyyən edilməyib - Qriqoryan

Dünya xəbərləri Materials 22 Fevral 2024 15:30 (UTC +04:00)
Delimitasiya ilə bağlı növbəti görüşün vaxtı hələ müəyyən edilməyib - Qriqoryan
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan və Azərbaycan Baş nazir müavinlərinin növbəti görüşünün vaxtı hələ müəyyən edilməyib.

Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Baş nazirin müavini Mher Qriqoryan bu gün jurnalistlərə bildirib.

O delimitasiya prosesinə toxunaraq qeyd edib ki, biz sırf olaraq peşəkar xəritələr olan topoqrafik xəritələrdən danışırıq.

"İkincisi, əslində delimitasiya prosesi sadəcə xəritələrlə işləmək deyil, bu, ilk növbədə, bu və ya digər xəritənin tərtib olunduğu hüquqi bazanın və bünövrənin müəyyən edilməsidir. Bütün bu nüanslar çox vacibdir və işimizdə nəzərə alınmalıdır. Hüquqi əsaslarla qeydə alınmış yüksək səviyyəli razılaşmalar, xüsusən də Praqa və Soçidə Almatı bəyannaməsinə açıq-aşkar istinadlar nəzərə alınıb", - o deyib.

Qeyd edək ki, fevralın 21-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan və Ermənistan xarici işlər nazirləri yaxın zamanda görüşəcəklərini deyib. O qeyd edib ki, sülh müqaviləsi layihəsi yaxın vaxtlarda iki ölkənin xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti