Bakı. Trend:
Rusiya Xarici İşlər Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvan qarşısında mandat və öhdəliklərini yerinə yetirməməsi ilə bağlı Ermənistan hakimiyyətinin ittihamlarını qəbul etmir.
Trend xəbər
verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında
deyilir.
“Biz o mövqedən çıxış edirik ki, İrəvan hüquq və öhdəlikləri ilə
təşkilatın tamhüquqlu üzvü olaraq qalmaqda davam edir. Moskva ümid
edir ki, İrəvan mövcud narahatlıqların sakit dialoq şəraitində
müzakirə olunması və həll edilməsinin zəruriliyi qənaətinə
gələcək.
Paşinyanın bəyanatlarının arxasında nəyin nəzərdə tutulmasına dair ikitərəfli kanallar vasitəsilə hərtərəfli aydınlıq gətirilməsini gözləyirik”, - bəyanatda qeyd olunub..
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya
səfəri çərçivəsində “France 24” telekanalına müsahibəsində
Moskvanın dominantlıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatında (KTMT) ölkəsinin iştirakını faktiki olaraq
dondurduğunu deyib.
Bunun ardınca isə KTMT və Kreml Ermənistanın təşkilata üzvlüyünün
dondurulması ilə bağlı rəsmi bildiriş göndərmədiyini bəyan
edib.